"Xəzər Lənkəran"ın Türkiyə toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, cənub təmsilçisi bu gün Antalyada növbəti səhər məşqinə çıxıb.
 
Lakin Mustafa Dənizlinin komandası tam heyətlə hazırlaşa bilmir. Məsələ burasındadı ki, "ağ-yaşıllar"ın aparıcı hücumçusu Etame Mbilla zədə səbəbindən məşq etmir. Komandası səhər məşqinə çıxarkən forvard həkim müayinəsində olub. Onun zədəsinin nə dərəcədə ciddi olmasına yaxın günlərdə aydınlıq gələcək.
 
Rasim Ramaldanovun da ayağında problem olduğuna görə komanda ilə məşq edə bilməyib. O, bu gün sadəcə kross qaçışla kifayətlənib. Qalan futbolçular hamısı Dənizlinin rəhbərliyi altında sonadək məşq ediblər.
Shares: