Topaz Premyer Liqasının qalan hissəsinə Türkiyədə hazırlaşan “Neftçi” bu gün Antalya toplanışı çərçivəsində 3-cü yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, flaqman” Qazaxıstanın “Tobol” komandası ilə qarşılaşıb.
 
Xatırladaq ki, əvvəlki iki yoxlama oyununda Böyükağa Hacıyevin yetirmələri Albaniyanın “Partizani” (2:0) və Türkiyənin “Fənərbaxça” (0:0) komandaları ilə qarşılaşmışdı.
Yoxlama oyunu
21 yanvar
 
Neftçi – Tobol 4:2 (2:1)
 
Qollar: Yuniszadə, 20 (1:0), Tobol, 32 (1:1), Kardoso, 35 (2:1), Qurbanov, 65 (3:2), Nəsimov, 70 (4:2).
Shares: