“Spartak”ın məşhur sabiq hücumçusu Valeri Reynqold ÇSKA-nın məşqçi qərargahında baş vermiş dəyişiklərdən danışarkən "Qəbələ"nin baş məşqçisi Yuri Syomini də xatırlayıb. Futbolinfo.az xəbər verir ki, Reynqold Rusiya mətbuatına müsahibəsində bunları söyləyib:
 
“Dəyişikləri nəinki ÇSKA, bütün Rusiya futbolu tələb edir. Ancaq bu, artıq başqa söhbətin mövzusudu. Şanlı tarixə malik klublar, məsələn, ÇSKA rusiyalı mütəxəssislərə üz tutanda, bu, çox sevindirir. Ümumiyyətlə, bizə legioner-məşqçilərə dəyəri azaltmaq, yerli mütəxəssislərə diqqəti cəmləmək lazımdı. Başa düşmürəm ki, niyə Yuri Syomin, Georgi Yartsev kimi səviyyəli məşqçilər müvafiq olaraq Azərbaycan və Moldovada işləyir? Niyə çoxlu istedadlı gənc məşqçilər işsiz oturub? Bəli, başa düşürəm ki, rəhbərlik etmək üçün bu gənclər hələ yetişməyiblər, ancaq köməkçi kimi işləyə bilərlər. Bunun əvəzində onlar qəpik-quruşa veteranların yarışlarında oynayırlar. Bütün bunlar məyus etməyə bilməz”.
Shares: