Sabah avqustun 25-də baş tutan “Xəzər Lənkəran” – “Neftçi” oyununda baş verən məlum hadisələrə görə həbs olunan 7 azarkeşin məhkəməsi baş tutacaq. Futbolinfo.az xəbər verir ki, bu məhkəmədə azarkeşlərlə bağlı son qərar oxunmalıdı.
 
Düzdü, həbs olunan azarkeşlərin 2 aydan sonra azad olunacağı deyilsə də, bu xəbər özünü doğrultmadı. "Xəzər Lənkəran"ın "Caspian Ultras" fan-klubu artıq bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Saytımıza açıqlama verən fan-klubun rəhbəri Ramal Novruzov bundan sonra boykot qərarı aldıqlarını bəyan edib:
 
"Biz "Caspian Ultras" olaraq sabah baş tutacaq məhkəmədə həbs olunan azarkeşlərin azad olunmasını tələb edirik. Bəzi üzvlərimiz məhkəmədə iştirak edəcək. Biz caamatı stadionlara dəvət edirik ki, futbolumuz inkişaf etsin. Azarkeşlər stadiona gələn zaman həbsxanaya düşəcəksə, onları niyə bədbəxt edək? Bizim bu tələbimizə əməl olunmasa, Azərbaycan futbolunu baykot edəcəyik".
Shares: