Bir müddət öncə “Şanlıurfaspor”un futbolçusu Sercan Yıldırımın “Xəzər Lənkəran”a keçəcəyi ilə bağlı söz-söhbətlər mətbuatın gündəmində idi. Lakin bu transfer gerçəkləşməyəcək.
 
Futbolinfo.az "NTV Spor"a istinadən xəbər verir ki, Sercan Yıldırım bundan sonra “Bursaspor”un şərəfini qoruyacaq. O, “timsahlar”ın heyətində icarədə oynayacaq. Mövsümün sonunda isə Bursa təmsilçisi onun transfer hüquqlarına tam yiyələnmək hüququna da malikdi.
Shares: