İtaliyanın "Napoli" klubu İngiltərə "Arsenal"ında forma geyən Tomas Vermalenə “elçi” düşüb. Futbolinfo.az xəbər verir ki, neapollular artıq ingilislərlə danışıqlara başlayıb.
Belçikalı müdafiəçi London klubunda əsas heyətə düşə biımədiyindən özü də Rafael Benitesin komandasına qoşulmağa müsbət yanaşır. Cari mövsüm sadəcə 3 matçda meydana çıxan Vermalenin 5,5 milyon avro qarşılığında "Napoli"yə keçəcəyi gözlənilir.
Tomas 2009-ccu ildən “Arsenal”da çıxış edir.





