Son günlər İspaniya mətbuatında “Barselona”nın üzvü Neymarın trabsferində saxtakarlığa yol verilməsi bağlı xəbərlər pik nöqtəsinə çatıb. Odu ki, katalonların prezidenti Sandro Rosell məsələ barəsində açıqlama verməli olub.
Futbolinfo.az xəbər verir ki, klub rəhbəri Neymarın transferində cəmiyyətə açıqlanandan daha çox pul ödənərək klubun zərərə uğradıldığına dair iddiaların əsassız olduğunu qeyd edib. O, “sambaçı”nın iddia olunduğu kimi 95 yox, 57 milyon avroya alındığını deyib: “Neymarın transferi 57,1 milyon avroya başa gəlib. Bütün hörmətimlə hakimdən məni ifadə verməsi üçün məhkəməyə çağırmasını istəyirəm. Orada fikrimi açıqlayacam. Gizlədəcək heç nə yoxdu. Bir daha söyləyirəm. Neymar üçün 57,1 milyon avro ödəmişik”.
Qeyd edək ki, “Mundo Deportivo” qəzeti Rosellin bu transferdən 38 milyon pul qazandığını iddia etmişdi.





