“Mançester Yunayted”in stopperi Nemanya Vidiç qarşıdakı 3 oyunda komandasına kömək edə bilməyəcək. Futbolinfo.az xəbər verir ki, buna səbəb İngiltərə Futbol Federasiyasının müdafiəçini cəzalandırmasıdı.
 
Federasiya bu qərarı Premyer Liqanın son turunda “Çelsi” ilə matçda Vidiçin birbaşa qırmızı vərəqə aldığına görə qəbul edib. Epizodda rəqib oyunçu Eden Hazardı kobudluqla dayandıran Nemanyanın əvəzinə Rio Ferdinandın meydana çıxacağı gözlənilir.
Shares: