"Simurq" bu gün Antalya hazırlığı çərçivəsində növbəti yoxlama görüşünə çıxacaq. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubunun budəfəki rəqibi Çinin "Şanxay Şenxin" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
 
Ötən gün isə komanda bir məşqə çıxıb. Zədə səbəbindən bir neçə gündü hazırlıqlarda iştirak etməyən İlkin Qırtımov artıq çalışmalara başlayıb. "Yanq Afrikans"la görüşdən öncə belində ağrılar olan və bu səbəbdən oyuna çıxmayan Draqan Çeran bu məşqdə də iştirak etməyib. 
 
 
 
Shares: