Türkiyənin “Milliyət” qəzeti ölkədə idman sahəsi 2013-cü ilin ən yaxşılarına mükafat verib. Futbolinfo.az xəbər verir ki, "İlin idmançısı" kateqoriyasında Madrid "Atletiko"sunun formasını geyən Arda Turan qalib olub.
"Qalatasaray"ın məşhur forvardı Didye Droqba "İlin Futbolçusu" nominasiyasında birinciliyə layiq görülüb. Türkiyə millisinin çalışdırıcısı Fatih Terim "İlin məşqçisi" mükafatını qazanıb.
2013-ci ildə bütün kubokları alan və 72 matç məğlub olmayan "Vakıfbank" Qadın Voleybol Komandası "İlin Komandası" kateqoriyasında kürsüdə ilk yeri tutub.





