2010-cu ildən "Barselona"nın prezidenti vəzifəsində çalışan Sandro Rosell postunu tərk edə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Kataloniyanın "Sport" qəzetinin rəsmi internet səhifəsi xəbər yayıb.
Məlumatda bildirilir ki, Rosell yaxın saatlarda istefa verəcək. Buna səbəb kimi isə klub prezidentinin adının son zamanlarda korrupsiya qalmaqallarında hallanmasıdı. Rosell Neymar transferində 40 milyon avro pul mənimsəməkdə günahlandırılır.
Yeri gəlmişkən, Rosell son olaraq kçirdiyi mətbuat konfransında "Barselona"nın ulduzu Lionel Messinin şərəfinə komandanın ev oyunlarını keçirdiyi "Nou Kamp"da heykəlini qoya biləcəklərini deyib. Jurnalistlərdən biri yeniləcənəyi planlaşdırılan stadiona Messinin heykəlinin qoyulub-qoyulmayacağı ilə bağlı sual verib. Rosellin cavabı isə belə olub: "Bu fikri çox bəyəndim. Bunun daha əvvəl düşünməmişdik, amma gündəmdə saxlayacağıq".





