Topaz Premyer Liqasının qalan hissəsinə Türkiyədə hazırlaşan “Rəvan” bu gün Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, “aslanlar”ın rəqibi Rumıniyanın “Universitatya” komandasının ikinci heyəti olub.
Qarşılaşma Güvənç Kurtarın yetirmələrinin qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, buna qədər “Rəvan” Braziliyanın “Uniao” (2:1) komandası ilə qarşılaşmışdı.
Yoxlama oyunu
22 yanvar
Rəvan – Universitatya (Rumıniya) – 1:0
Qol: Tyaqo Mirasema, 27.





