Futbol üzrə Türkiyə Kubokunda səfərdə "Elazığspor"la qarşılaşan "Qalatasaray" bu görüşdə çox böyük şok yaşayıb. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu ilə mübarizə zamanı "sarı-qırmızılar"ın üzvü Aydın Yılmazın ayağı qırılıb.
Hadisədən şoka düşən "Qalatasaray"lı futbolçular, hətta Aydınla top uğrunda mübarizə aparan rəqib futbolçu da göz yaşlarını saxlaya bilməyib. Həmin üzüntülü anların görüntüsü ilə aşağıdakı videoda tanış ola bilərsiz.
Qeyd edək ki, qarşılaşma 1:0 hesabı ilə "Elazığspor"un xeyrinə başa çatıb.





