Peşəkar karyerasına başladığı andan “Barselona"nın şərəfini qoruyan Lionel Messi katalonların ən çox forma geyən oyunçusu olmaq yolunda əmin addımlarla irəliləyir. Futbolinfo.az xəbər verir ki, dünən İspaniya kubokunda "Levante" ilə qarşılaşma argentinalının “Barsa” forması ilə 400-cü oyunu kimi tarixə düşüb.
Xatırladaq ki, ötən günlərdə 700-cü matçını keçirən Xavi bu kateqoriyada birinci pillədədi.





