İtaliyanın "Yuventus" klubunun üzvü Arturo Vidal iddialı açıqlaması ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, o, Almaniyanın “Bild” qəzetinə müsahibəsində özünü dünyanın ən yaxşı yarımmüdafiəçisi hesab etdiyini vurğulayıb:
"Oynadığım mövqeyin ən yaxşı futbolçusu mənəm. Müdafiədə və hücumda mənim kimi yaxşı çıxış edən başqa birini görməmişəm. Bir çox futbolçu etdiklərimi təkrarlamağa çalışır".
Qeyd edək ki, Vidal 2013-cü ildə nə FİFA, nə də UEFA-nın rəmzi yığmalarına düşüb.





