Mövsümün ikinci yarısına hazırlığı Türkiyənin Antalya şəhərində davam etdirən “Neftçi” heyətinə yeni futbolçu cəlb edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Rusiyanın “Lokomotiv” klubunun yetirməsi olan Samir Məsimovla 3 il yarım müddətinə müqavilə bağlayıb.
2010/2011-ci illər mövsümünü Moskva “Spartak”ının heyətində keçirmiş hücumçu 19 yaşadək Azərbaycan yığmasının da üzvüdü. 18 yaşlı futbolçu U-19-un heyətində 3 oyun keçirib.
Məlumatı klubun rəsmi saytı yayıb.





