"Xəzər Lənkəran" Elias Ribeyronu heyətinə qatmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu bu gün cənub klubunun Antalyadakı düşərgəsinə qatılacaq. O, birbaşa müqaviləyə imza atmaq üçün Türkiyəyə gələcək.
 
Qeyd edək ki, “San Paulu”nun yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində vətənində “Bahia”, “Vasko de Qama”, “Fluminense”, “Atletiko Qoyanyense”, “Fiqueyrense”, BƏƏ-də “Əl-Əyn” klubunun şərəfini qoruyub. Elias 2012-ci ildən indiki komandasına keçib.
 
2013-cü ilə “Atletiko Paramnense”nin 10 nömrəli formasında başlayan yarımmüdafiəçi mövsümün sonunda Braziliya çempionatının A seriyasının bürünc medalının qazanılmasında pay sahibi olub. Lakin iddialı klubda 6 matçda meydana çıxdıqdan sonra Elias “Ponte-Preta”ya icarəyə verilib. Ötən ilin son 4 ayını burada keçirən futbolçu 11 matçda 2 qol vurub.
 
Ümumilikdə isə 2013-cü ildə A seriyasında 17 oyuna 2, qitə kuboklarında 7 oyuna 1, ölkə kubokunda 5 matça 1 dəfə fərqlənən Elias son turnirdəki qolunu “Atletiko Parannaense”də vurub.
 
Qeyd edək ki, Eliasın "Xəzər Lənkəran" tarixinin ən bahalı futbolçusu olacağı bildirilir.
Shares: