Bolqarıstan mətbuatı Sofiya ÇSKA-sının üzvü Marsinyonun “Xəzər Lənkəran”a keçə biləcəyi ilə bağlı xəbərlər yazıb. Bolqar həmkarlarımızın iddiasına görə, bu futbolçu cənub klubu ilə danışıqlar aparır.
 
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə isə, Lənkəran klubu bu futbolçunun transferindən vaz keçib. Buna səbəb isə Eliasın gətirilməsidi Əvvəlcə Marsinyo ilə danışıqlar aparan “ağ-yaşıllar” Elias Ribeyro ilə razılığa gəldikdən sonra ÇSKA-nın üzvünü istəməyib. Hər iki futbolçu eyni mövqedə oynadığından “Xəzər Lənkəran” üstünlüyü Eliasa verib.
Shares: