Qış fasiləsini Antalyada keçirən "İnter" düşərgəyə yeni futbolçu dəvət edib. Futbolinfo.az xəbər verir ki, fransız futbolçu Yohan Bokoqnano artıq "bankirlər"in heyətində yoxlama matçına da çıxıb.
 
Belə ki, Yohan paytaxt klubunun Almaniyanın Regional Liqasında çıxış edən “Zeyts” komandası ilə keçirdiyi oyunda meydanda olub. Baş məşqçi Kaxaber Sxadadzenin futbolçu ilə bağlı qərarını yanvarın 25-dən sonra verəcəyi bildirilib.
 
Qeyd edək ki, Yohan Bokoqnano Fransada anadan olub. 23 yaşlı futbolçu karyerası ərzində yalnız fransız klublarının formasını geyib. Gənc müdafiəçi "Ayaçço" (B komandası), "Ayaçço GFCO", "Nim Olimpik" və "İstr"ın uğurları üçün çalışıb.
Shares: