"Sumqayıt" ölkə daxilində təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi bu gün növbəti yoxlama matçını keçirib.
Aqil Məmmədovun komandası 1-ci divizion təmsilçisi "Şahdağ"la qüvvəsini sınayıb. Elita təmsilçisi aşağı dəstə klubuna 1:2 hesabı ilə məğlub olub. "Sumqayıt"ın heyətində Pərdis Fərcad-Azad fərqlənib.





