Futbol üzrə İtaliya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, ötən gecə daha bir görüş baş tutub.
Xatırladaq ki, ilk oyun günündə "Roma" doğma meydanda "Yuventus"la qarşılaşmadan qalib ayrılaraq ilk yarımfinalçı olmuşdu. Növbəti qarşılaşmada isə "Milan" doğma meydanda "Udineze"yə məğlub olmuşdu.
 
Bu dəfə isə "Fiorentina" evdə "Syena"yla üz-üzə gəlib. Meydan sahibləri qalib gələrək növbəti mərhələyə adlayıblar. Beləliklə, "Fiorentina" yarımfinalda "Udineze" ilə qarşılaşmaq hüququ qazanıb. "Roma"nın rəqibi isə ayın 29-da keçiriləcək "Napoli" – "Latsio" oyunundan sonra müəyyənləşəcək.
 
İtaliya Kuboku
1/4 final
21 yanvar
 
Roma – Yuventus – 1:0
 
22 yanvar
 
Milan – Udineze – 1:2
 
23 yanvar
 
Fiorentina – Syena – 2:1
 
29 yanvar
 
Napoli – Latsio
Shares: