Topaz Premyer Liqasının qalan 2 dövrəsinə İspaniyada hazırlaşan “Bakı” bu gün Marbelya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıB. Futbolinfo.az xəbər verir ki, Milinko Pantiçin komandasının budəfəki rəqibi Kiyev “Dinamo”su olub.
 
Ukrayna təmsilçisi ilə oyun sülhlə bitib. "Zolaqlılar" qələbə hesabını qoruya bilməyiblər. Qeyd edək ki, “Dinamo” hazırda Ukrayna Premyer Liqasında üçüncü yerdə qərarlaşıb.
 
Xatırladaq ki, "Bakı" İspaniyadakı əvvəlki üç yoxlama oyununda Albaniyanın "Laçi" (4:0), İspaniyanın "Real Balompedika Linense" (0:1) və Rumıniyanın “Styaua” (2:0) klubları ilə qarşılaşmşdı.
 
Yoxlama oyunu
24 yanvar
 
Bakı – Dinamo – 1:1
Qollar: Cavid Hüseynov, 36-pen – İdeye, 89.
Shares: