İngiltərənin "Çelsi" klubu daha bir transfer gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, “zadəganlar” Nemanya Matiçin keçidindən sonra İsveçrə nəhəngi "Bazel"dən futbolçu qoparıb.
 
London təmsilçisi qarşı tərəflə Məhəmməd Salahın transferiyə bağlı razılığa gəliblər. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu "Çelsi" ilə müqavilənin detallarını razılaşdırandan sonra tibbi müayinədən keçəcək.
 
Qeyd edək ki, Salahla "Liverpul" da yaxından maraqlanırdı.
Shares: