Türkiyə kuboku çərçivəsində keçirilən "Elazığspor" – "Qalatasaray" (1:0) matçı zamanı ayağı qırılan futbolçu haqda rəsmi məlumat açıqlanıb. Futbolinfo.az xəbər verir ki, söhbət “Cim-Bom”un 24 yaşlı oyunçusu Aydın Yılmazdan gedir.
 
Həkimlər yarımmüdafiəçinin əməliyyatının uğurlu keçdiyini, lakin sağalmaq üçün onun uzun zamana ehtiyacı olduğunu bildirib. Daha dəqiq desək, Yılmaz 2013/14 mövsümün indidən bağlayıb. Futbolçunun yay aylarında tam sağalacağı gözlənilir.
Shares: