Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona özünə əsas rəqib sayılan Pele haqqında növbəti qalmaqallı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, argentinalı yanvarın 13-də Pelenin FİFA tərəfindən fəxri “Qızıl Top” almasını mənasız adlandırıb və “sambaçı”nın hər zaman ikinci olduğunu vurğulayıb:
 
"İstəyirəm hamı bilsin ki, ilk fəxri “Qızıl Top” hələ 1995-ci ildə Parisdə mənə verilib. Pele isə yenə ikinci oldu. Bu, artıq onun adətinə çevrilib. Braziliya tarixinin ən yaxşı idmançısı seçiləndə də o, Ayrton Senneyə uduzaraq ikinci olmuşdu. İndi isə mənə məğlub oldu”.
 
Qeyd edək ki, Maradona və Pele hər fürsətdə özlərini futbol tarixinin ən yaxşısı adlandırırlar.
Shares: