“Qalatasaray” rəhbərliyi iki futbolçu ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, qış fasiləsini olduqca hərəkətli keçirən “sarı-qırmızılar” portuqal legioner Bruma və Yiğit Gökoğlanı klubdan göndərib.
 
Birinci legioner limitini yüngülləşdirmək məqsədi ilə göndərildiyi halda, ikinci ilə çıxışını bəyənmədiyi üçün yollarını ayırıb. Hər iki futbolçu Superliqanın digər təmsilçisi “Qaziantepspor”un heyətinə qatılıb. Bruma mövsümün sonunadək icarəyə göndərilib. Yarımmüdafiəçi zədəli olduğu üçün “Cim-Bom” onun keçidindən ötrü heç bir məbləğ tələb etməyib. Yiğit isə birdəfəlik satışla Antep klubunun yolunu tutub. Hər iki keçidlə bağlı yaxın günlərdə rəsmi açıqlama veriləcək.
Shares: