Fransa yığmasının ulduzları Frenk Riberi ilə Kerim Benzema haqqında bir müddətdi davam edən seks qalmaqalı sona yaxınlaşmaq üzrədi. Artıq Paris məhkəməsinin yanvarın 30-da hökm oxuyacağı dəqiqləşib.
 
Futbolinfo.az xəbər verir ki, Riberi və Benzemanın 18 yaşına çatmamış Zahia adlı qadınla cinsi əlaqəyə girdiyi sübuta yetirilərsə, onları ciddi cəza gözləyir. Hər iki futbolçu 3 illik həbsə məruz qala bilər.
 
Qeyd edək ki, Riberi qadınla əlaqadə olduqlarını etiraf etsə də, Benzema bütün iddialara qarşı çıxır.
 
Xatırladaq ki, hadisə 2009-ci ildə baş vermişdi.
Shares: