Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası toplanış çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, müvafiq olaraq Rusiya təmsilçisi "Lokomotiv" (0:2) və Küveytin U-21 millisi (1:0) üz-üzə gələn "qırmızı-qaralar" bu dəfə "Antalyaspor"un U-19 komandası ilə münasibətlərinə aydınlıq gətirib.
 
Meydançaya 19 yaşa qədər futbolçulardan ibarət heyətlə çıxan "Qəbələ" qarşılaşma boyu daha üstün oyun nümayiş etdirsə də, görüşdə hesab açılmayıb – 0:0.
 
"Qəbələ" toplanış çərçivəsində növbəti oyununu bu gün Ukrayna "Şaxtyor"unun əvəzedici heyətinə qarşı keçirəcək.
Shares: