"Qalatasaray" iki legioneri ilə rəsmən yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, söhbət Nordin Amrabat və Albert Rieradan gedir. Heyətdəki əcnəbilərin sayı Superliqadakı legioner limitinə uyğun gəlmədiyindən rəhbərlik çoxdandı gözlənilən bu addımı rəsmən atıb.
Amrabat karyerasını İspaniyada davam etdirəcək. Mərakeşli futbolçu "Malaqa"ya icarəyə verilib. O, mövsümün sonunadək La Liqa klubunda çıxış edəcək.
Riera isə komanda ilə müqaviləsin qarşılıqlı şəkildə ləğv edib. “Cim-Bom” bunun qarşılığında ispan futbolçuya 750 min dollar ödəyi. Onun yeni komandası hələ ki, məlum deyil.





