İngiltərənin “Nyukasl” klubu Yohan Kabayı rəsmən PSJ-yə göndərdikdən sonra onun mövqesindəki boşluğu doldurmaq üçün gecikməyib. Futbolinfo.az xəbər verir ki, "sağsağanlar" heyətini Almaniya bundesliqasında çıxış edən futbolçu ilə gücləndirib.
Söhbət Münxenqladbax “Borussiya”sının forvardı Lyuk De Yonqdan gedir.
Keçidlə bağlı danışıqların uğurla başa çatdığı bildirilir. Forvard “Nyukasl”da icarə əsasında oynayacaq. İcarə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. Sözləşməyə əsasən Nyukasl mövsümün sonunda Lyuk De Yonqu transfer etmək hüququna da malikdi.





