“Qalatasaray” daha bir rəsmi transferə imza atıb. Futbolinfo.az xəbər verir ki, “Cim-Bom” Dortmund "Borussiya"nın futbolçusu Koray Günterin keçidini həll edib.
Müdafiəçi bundan sonra “sarı-qırmızılar”ın uğurları üçün çalışacaq. 19 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb. Bu transfer "Cim-Bom"a 2.5 milyon avroya başa gəlib.
Qeyd edək ki, Kurtar 2012-ci ildən Dortmund klubunda çıxış edir. O, Almaniya vətəndaşı olsa da, əslən türk olduğu üçün legioner limiti qadağasından kənaq qalacaq.





