Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov yenidən "Sumqayıt"a qayıdıb. Futbolinfo.az xəbər verir ki, futbolçu toplanışın son günlərində komandanın düşərgəsinə yollanıb.
 
Bir müddət əvvəl AZAL-la danışıqlar aparan Çertoqanov "təyyarəçilər"lə razılığa gələ bilməyib. Buna səbəb maliyyə məsələsində fikir ayrılığı olub. Belə ki, sözügedən futbolçu AZAL-ın təklif etdiyi şərtlərlə razılaşmayıb və yenidən "Sumqayıt"a qayıdıb.
 
Qeyd edək ki, Aleksandr Çertoqanov karyerasını bitirəcəyini bildirmişdi. Futbolçunun bu qərarı verməsinə səbəb onun belindəki ağrılar olub. Lakin "gənclik şəhəri" təmsilçisinin heyətinə qoşulan futbolçu bu mövsümü futbolçu kimi başa vurmağa qərar verib.
Shares: