İspaniya La Liqasında çətin günlər keçirən "Valensiya" problemi yeni oyunçular almaqla həll etmək istəyir. Futbolinfo.az xəbər verir ki, “yarasalar” vaxtilə İspaniyada top qovmuş Seydu Keytanı heyətinə qatıb.
 
“Barselona”nın sabiq üzvü bundan sonra “”Valensiya”nın şərəfini qoruyacaq. Bu haqda xəbəri klub rəsmiləri də təsdiqləyib.
 
Mali yığmasının üzvü ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Lakin futbolçunun çıxışdan asılı olaraq müqavilənin daha bir il uzadılma ehtimalı var.
 
Keytanın sonuncu iş yeri Çinin "Dalyan Aerbin" klubu olub.
Shares: