Qış fasiləsi dönəmində "Sumqayıt"a gələn Andrey Popoviç bu klubun rəhbərliyini aldadıb. Futbolinfo.az xəbər verir ki, meneeceri ilə birlikdə saxta sənəd hazırlayan qapıçı Azərbaycana qayıtmaq üçün "əlindən gələni" edib.
 
Belə ki, U-21 millimizin də üzvü olan Popoviç "Tavşanlı Linyitspor"un prezidentinin adından "Sumqayıt"a saxta sənəd təqdim edib. Yükəsk peşəkarlıqla hazırlanan sənəddə hətta türk klubunun prezidentinin imzası da olub. PTT 1-ci liqada mübarizə aparan "Tavşanlı Linyitspor" klubu bundan xəbər tutan kimi, Azərbaycan təmsilçisinə bildirib və onları saxtakarlıqda günahlandıraraq FİFA-ya şikayət edəcəyini diqqətə çatdırıb. Belədə "Sumqayıt" klubu Türkiyə təmsilçisi ilə razılaşaraq pul ödəmək müqabilində bu məsələnin həllini istəyib. Qarşı tərəfin bununla razılaşdığı bidirilir. Əgər pul bu gün ödənilməsə, FİFA-ya şikayət olunacaq.
Shares: