Topaz Premyer Liqasının 19-cu turunun “Neftçi” – “Simurq” qarşılaşmasında paytaxt təmsilçisi 3-0 hesabı ilə qalib gəlib. Futbolinfo.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Georgi Çixradze oyundan sonra öz fikirlərini bildirib:

“Fasilədən sonra uğurlu nəticə əldə edə bilmədik. İlk hissədə çox yaxşı oynadıq. Lakin ikinci hissədə kobud səhvdən sonra qapımızda qol gördük. Komanda ruhdan düşdü, toparlana bilmədi. Oyunumuzu itirdik, məğlub olduq. İlk hissəyə baxanda məğlub olacağımız ağlıma gəlməzdi. “Neftçi” ölkə çempionudu, güclü komandadı. Fasilədən sonrakı oyunlar həmişə çətin olur. Növbəti oyunda müəyyən dəyişikliklər olacaq”.

Shares: