AZAL-ın müdafiəçisi Junio Ayltonun futbolinfo.az saytına müsahibəsi
 
– "İnter"lə oyun haqqında fikirlərinizi bildirərdiniz?
– Çox yaxşı oynadıq. Komandamız meydanda qələbə üçün əlindən gələni etdi. Oyuna da baxsanız, görərsiniz ki, əlimizdə çoxlu qol şansları var idi. Amma bunlardan istifadə edə bilmədik. Rəqib isə cərimə zərbəsindən gözəl qol vurdu. Biz də qələbəyə layiq idik. Daha nə edə bilərik? Futbolda məğlubiyyət qaçılmazıdı. Qarşıdakı oyunlara baxmalıyıq.
 
– Komandadakı problemlər aradan qalxıb?
– Düşünürəm ki, biz problemləri aradan qaldırmışıq. Sadəcə, bu oyunda bir neçə səhv etdik ki, o da baha başa gəldi. Amma bütövlükdə çox yaxşı komandayıq. Oyunlara daha yaxşı konsentrasiya olmalıyıq. Bunu bacarsaq, qələbələr gələcək.
 
– Çempionatın ilk yarısında AZAL-ın hücum xəttində problemlər olduğunu görmüşdük. Deyəsən, o çatışmazlıqlar hələ də mövcuddu…
– Yox, bu problem yeni futbolçularla aradan qalxıb. Nedo Turkoviç ilk oyununda qol vurdu. Düzdü, çempionatın ilk yarısında problem var idi. İndi isə onlar artıq yoxdu. Qarşıda daha yaxşı olacaq.
 
– Yeni futbolçular özlərini göstərə bildilər?
– Onlara bir az zaman lazımdı. Turkoviç ilk qolunu vurdu. Təzə gələn futbolçuların bizə kömək edəcəyinə inanıram.
 
– Qarşıdakı turda “Sumqayıt”la üz-üzə gələcəksiz. Bu oyundan artıq 3 xal qazandığınızı demək olar?
– Yox, çempionatda hər oyun çətindi. İstər “Sumqayıt” olsun, istərsə də başqa komanda. Hər oyuna 3 xal üçün çıxmalıyıq. Növbəti oyunda mütləq qələbə qazanmalıyıq. Onların turnir cədvəlindəki mövqeyinə baxıb arxayınlaşmaq olmaz.
 
ELSEVƏR 
Shares: