Futbol üzrə Almaniya çempionatında 19-cu turun görüşləri keçirilib. Futbolinfo.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
"Herta" evdə "Nürnberq"ə uduzub. "Bavariya" isə "Ayntraxt"ı 5 cavabsız qolla məğlub edib.
Turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi.
Almaniya Bundesliqası
19-cu tur
31 yanvar
Braunşveyq – Borussiya (Dortmund) – 1:2
Qollar: Kessel, 54 – Aubameyanq, 31; 65.
1 fevral
Auqsburq – Verder – 3:1
Qollar: Verner, 11, H.Altıntop, 49, Han, 55 – Brakker, 3-öz qapısına.
Bayer – Ştuttqart – 2:1
Qollar: Kisslinq, 26, E.Derdiyok, 84 – Leytner, 12.
Hoffenhaym – Hamburq – 3:0
Qollar: Firmino, 4, Süle, 44, Bek, 60.
Maynts – Frayburq – 2:0
Qollar: Park, 24, Koo, 86.
Şalke – Volfsburq – 2:1
Qollar: Santana, 9, Boatenq, 81 – Arnold, 65.
Hannover – Borussiya (Münhenqladbax) – 3:1
Qollar: Rudnevs, 57, Diuf, 82; 90 – Mlapa, 84.
2 fevral
Herta – Nürnberq – 1:3
Qollar: Ramos, 4 – Feulner, 20, Drmiç, 68; 90-pen.
Bavariya – Ayntraxt – 5:0
Qollar: Qotse, 12, Riberi, 44, Roben, 67, Dante, 69, Mandzukiç, 89.





