Türkiyənin "Qalatasaray" klubu qış transfer dövrünün son günündə daha bir transferlə azarkeşlərini sevindirib. Futbolinfo.az xəbər verir ki, ötən günlərdə 4 legionerini göndərməklə heyətdə boşluq yaradan “sarı-qırmızılar” Qillermo Burdissonu heyətə qatıb.
Bu barədə "Qalatasaray"ın prezidenti Ünal Aysal məlumat verib. Prezident bildirib ki, "Boka Xuniors"un mərkəz müdafiəçisi ilə artıq anlaşma əldə olunub. Onun transferini baş məşqçi Roberto Mançini istəyib.
Qeyd edək ki, argentinalı 2012-ci ildən "Boka Xuniors"da çıxış edir.





