İngiltərə klublarının "Bavariya"nın istedadlı futbolçusu Toni Kroosa olan marağı bitmək bilmir. Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”dən sonra “Çelsi”, “Liverpul” və “Arsenal”ın da alman hücumçu ilə maraqlandığı iddiaları yayılıb.
 
Hətta Toninin “pivəçilər”in yeni müqavilə təklifini geri çevirdiyi də gələn xəbərlər arasındadı. İngilislər Kroosa Münhendə qazandığından iki qat artıq pul təklif etdiyi üçün o da Britaniyaya gəlməyə müsbət yanaşır. Futbolçunun yayda 25 milyon funt qarşılığında adıçəkilən klublardan birinə keçəcəyi gözlənilir.
Shares: