Gəncə şəhər stadionu qarın altında qalıb. Futbolinfo.az xəbər verir ki, "Kəpəz"in ev oyunlarını keçirdiyi arena son 4-5 gündə yağan qarın və şaxtalı havanın "qurbanı"na çevrilib.
Bu səbəbdən komanda məşqlərini yardımçı meydançada keçirmək məcburiyyətində qalıb. Klub rəhbərliyinin isə qarı əsas meydançadan təmizləməyə imkanı yoxdu. Ona görə ümid qalıb havaların isinməsindən sonra qazondakı qarın əriyərək təbii yolla təmizlənməsinə.





