Futbol üzrə Fransa Liqa Kubokunda yarımfinal mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
PSJ səfərdə "Nan"ın qonağı olub. Qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, digər finalçının adına bu gün keçiriləcək Lion "Olimpik"i ilə "Troya" arasındakı oyundan sonra aydınlıq gələcək.
Fransa Liqa Kuboku
Yarımfinal
4 fevral
Nant – PSJ – 1:2
5 fevral
23:55. Olimpik (Lion) – Troya






