Almaniyanın "Bavariya" klubunun şərəfini qoruyan Aryen Robben hələ uzun illər burada qalacaq. Futbolinfo.az xəbər verir ki, rəhbərlik Holland yarımmüdafiəçi müqaviləni yeniləmək barədə razılığa gəlib.
Almaniya mətbuatının xəbərinə görə, fevralın sonunda 30 yaşlı futbolçunun sözləşmə müddəti uzadılacaq. Artıq tərəflər arasında razılıq əldə olunub. Məlumatda bildirilir ki, yeni sözləşmənin müddəti 2017-ci ilə qədərdi. Hazırki müqavilə isə 2015-ci ilin yayında bitir.





