“Mançester Siti”nin aparıcı oyunçularından Fernandinyonun zədə xəbəri heyətdəki əhvalları korlayıb. Futbolinfo.az xəbər verir ki, 1 həftə öncə Premyer Liqada “Tottenhem”lə matçda zədələnən yarımmüdafiəçinin 1 aylıq müalicəyə ehtiyac duyduğu açıqlanıb.
 
Bu barədə “şəhərlilər”in baş məşqçisi Manual Pelleqrini İngiltərə mətbuatına məlumat verib.
 
Təcrübəli mütəxəssisin sözlərinə görə, əzələsindən zədələnən 28 yaşlı yarımmüdafiəçi 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun Çempionlar Liqasında "Barselona"ya qarşı forma geyməyəcəyi dəqiqləşib.
 
Xatırladaq ki, hazırda zədəli olan Serxio Aquero da "Barsa"ya qarşı oynamayacaq.
Shares: