La Liqanın son turunda "Atletik" (Bilbao) ilə görüşdə rəqiblə dalaşdığı üçün qırmızı vərəqə alan "Real"ın (Madrid) hücumçusu Kriştianu Ronaldonun cəzası bəlli olub. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı İspaniya Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalandırılıb.
 
Bu qərarın alınmasında onun ehtiyat hakimi təhqir etməsi də təsir göstərib.
 
Qeyd edək ki, ulduz qolçunun cəzası yalnız La Liqa üçün keçərli olacaq. Başqa sözlə forvard "Vilyarreal", "Elçe" və "Xetafe" ilə matçlarda meydana çıxmayacaq.
 
Ronaldo Kral Kubokunun yarımfinal mərhələsində bu axşam "Atletiko" (Madrid) ilə matçda forma geyə biləcək.
Shares: