"Qarabağ" klubuna uşaq və yeni yetmə futbolu üzrə yeni idman direktoru təyin edilib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Klub rəsmisi yeni mütəxəssisin Meksikadan olduğunu bildirib. Çəlikəl əməkdaşımızla söhbətində mütəxəssisin fəaliyyətə başladığını da deyib.
Məlumatı dəqiqləşdirmək üçün Ağdam klubundan bir neçə rəsmi şəxslə əlaqə saxladıq. Lakin həm klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov, həm də menecer Asif Əsgərov klub direktorunun dediklərini təsdiqləmədi. Bu üzdən də onun adını dəqiqləşdirə bilmədik.





