Cari mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacağı gözlənilən Nemanya Vidiç artıq indidən özünə yeni klub tapıb. Futbolinfo.az xəbər verir ki, stopper karyerasını İtaliyada davam etdirəcək. Britaniya mətbuatının iddialarına görə, serbiyalı "İnter"lə anlaşıb.
 
Mançester təmsilçisi mövsümün sonunda komandası ilə müqaviləsi başa çatacaq Vidiçə yeni sözləşmə təklif etməyib. Vidiç yeni mövsümdən A seriyasında oynayacaq. "İnter"in qarşıdakı günlərdə bu transferi rəsmən açıqlayacağı gözlənilir.
 
Qeyd edək ki, Vidiçin "MY" ilə sözləşməsi mövsümün sonu başa çatacağı üçün "İnter" təzminat ödəməyəcək. Vidiç 2006-cı ildə "Spartak" (Moskva) klubundan "Mançester Yunayted"ə transfer olunmuşdu. 
Shares: