İspaniyanın “Atletiko” (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone maraqlı açıqlama ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis komandasının La Liqada çempionluq şansı olmadığını deyib:
 
“Əvvəlki fikrimdə qalıram. İspaniya çempionu olmaq bizim gücümüz daxilində deyil. Bizim devizimiz sakitcə çalışmaqdı. “Atletiko”nun son 10 ildəki nəticələrinə baxsaq, görərik ki komanda heç vaxt 3-cü pillədən yuxarı qalxmayıb. Liderlərdən 15, 20, hətta 30 xal geri qalıb. Odu ki, biz çempion ola bilmərik”.
 
Xatırladaq ki, İspaniya çempionatında arxada qalan 22 turdan sonra “Atletiko” 57 xalla vahid liderdi.
Shares: