"Rəvan"ın müdafiəçisi İvan Pexa komandadan göndərilir. Bu barədə futbolinfo.az saytına açıqlamasında komandanın baş məşqçisi Güvənç Kurtar məlumat verib.
Türkiyəli mütəxəssis slovakiyalı futbolçunun göndərilməsini düzgün addım hesab edir: "Əgər bir komanda qapısından 32 ("Bakı" ilə oyuna qədər) qol görürsə, deməli müdafiədə problem var. Bəlkə də digər futbolçular İvan Pexanın əvəzinə meydanda olsaydı, komanda bu qədər qol buraxmazdı. "Bakı" ilə oyunda Pexa meydanda olmadı. İndi də bizim heyətdə yoxdu. Onun komandadan göndərilməsi mümkündü".





