Kolumbiya yığmasının əsas hücumçusu Radamel Falkao bir neçə gün öncə ağır zədə almış və onun DÇ-2014də iştirakı sual altına düşmüşdü. Futbolinfo.az xəbər verir ki, “Monako”nun şərəfini qoruyan qolçunun adı mundiala yollanacaq komandanın genişləndirilmiş iştirak ərizəsinə salınıb.
 
Millinin çalışdırıcısı Xose Pekerman 27 yaşlı futbolçunun adını 30 nəfərlik heyətdə qeyd edib.
 
Xatırladaq ki, yekun ərizəyə yalnız 23 nəfər futbolçu salınacaq. Falkanonun dünya çempionatına qədər sağalmağa ehtimalı isə cüzi də olsa, qalmaqdadı.
Shares: