"Qəbələ" birinci yerdədi. Bu zaman hər qazanılan xal komandanı çempionluğa bir az da yaxınlaşdırır".
Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Neftçi"nin keçmiş məşqçisi Tərlan Əhmədov deyib. Gənc mütəxəssis bu tipli oyunlarda psixoloji vəziyyətin önəmindən danışıb:
"Qarabağ"ın son turda evdə "Xəzər Lənkəran"a məğlub olması onların psixoloji vəziyyətinə də təsir edir. Burada "Qarabağ"ın tam hazır olmadığı görünür. "Qəbələ" isə "Sumqayıt" üzərində qələbə qazandı. Düzdü, "Sumqayıt" iddialı klub olmasa da, orada da istəkli oyunçular var. Yuri Syominin komandasında Marat İzmaylovun, Kamran Ağayevin gəlişi, onların çempionluq iddialarını göstərir. Gərgin oyun keçəcək. Düşünürəm ki, "Qəbələ" bu şansı əldən vermək istəməyəcək və "Qarabağ"la xal fərqini artırmağa çalışacaq. Bu da hər iki komandanın yüksək səviyyəli futbol nümayiş etdirməsi üçün motivasiya tələb edir".





